:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zaxarova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir

Font

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır:

"Danışıqlar formatına gəldikdə isə, bu sual tərəflərə yönəldilməlidir, onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm, iki dövlət arasında razılaşmaları”.