:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib

Font

Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilir.

İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin sədrliyi ilə keçirilən  iclas "Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr olunub.

Görüşdə nazir Mikayıl Cabbarov 2020-ci il üçün  MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

İclas iştirakçıları yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.