Tramp administrasiyasını aldadan qadın
- Yerləşdirilib: 2019-11-20 10:50:36
ABŞ Dövlət Departamentinin Münaqişə Əməliyyatları və Stabilizasiya Bürosunda katib köməkçisi olan Mina Çanq təhsil aldğı universitetlərlə bağlı yalan danışdığı üçün istefa verib. Çanq hətta fotomontajla özünü "Time" jurnalının üz qabığına da çıxarıb. Ötən həftə Vaşinqtonda geniş müzakirələrə səbəb olan hadisəni ABŞ-da fəaliyyət göstərən NBC televiziyası üzə çıxarıb. 35 yaşlı Mina Çanq buna qədər iddia edib ki, məşhur Harvard Universitetinin məzunudur.Ancaq universitet rəhbərliyi Çanqın sadəcə 2016-cı ildə 7 həftəlik bir seminarda iştirak etdiyini təsdiqləyib. Bundan başqa keçmişdə Ordu Müharibə Kollecində təhsil aldığını bildirən siyasətçinin təhsil ocağında yalnız 4 günlün seminarda iştirak etməsi məlum olub. Mina Çanq həmçinin Cənubi Metodist Universitetini bitirdiyini iddia etsə də, universitet rəhbərliyi bunu inkar edib. Məsələnin ictimailəşməsindən sonra Mina Çanq ABŞ-ın Dövlət katibi Mayk Pompeoya istefa ərizəsi ilə müraciət edib: "İstefa təslim olmaq deyil, etiraz kimi qəbul edilməlidir. Çünki ölkəmə olan sevgi, xidmət və həqiqətə sadiqlikdən imtina etməyəcəm".
XƏBƏRLƏR
- 2019-12-13
- 18:18
Leyla Abdullayeva: "Ermənistan XİN başçısı ölkədaxili neqativ reaksiyadan çox qorxur"
- 18:00
Hikmət Şikarov: Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir
- 17:57
Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir
- 17:03
DSX: Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib
- 16:06
XİN: QDİƏT-də iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən qəbul edilə bilməyib
- 15:26
Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
- 15:19
Komitə sədri: “Qadınlar özlərinə hörmətlə yanaşmalıdırlar”
- 15:02
Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
- 14:27
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
- 14:02
GUAM: Münaqişələrin həll olunmaması narahatlıq doğurur
- Davamı