:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

Font

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub.

Bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Sabah Novruz Məmmədov kollektivə təqdim olunacaq.