:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Belavia" Minsk-Bakı aviareysi üzrə uçuşların sayını artıracaq

Font

2020-ci ildən etibarən Belarusun "Belavia” aviaşirkəti Minsk-Bakı aviareysi üzrə yerinə yetirdiyi uçuşların sayını artırmaq niyyətindədir.

"Belavia”  verdiyi məlumata görə, bundan başqa, aviadaşıyıcı tarif siyasətini 2019-cu ilin noyabr ayının sonunadək dəyişdirməyi planlaşdırır ki, bu da biletlərin qiymətlərinin azalmasına səbəb olacaq.

Qeyd edək ki, təkcə 2018-ci ildə "Belavia” 20 mindən çox sərnişin daşıyıb. Cari ilin yanvar-sentyabr aylarında isə sərnişin axınının artımı 100%-dən çox olub.

Xatırladaq ki, hazırda Minsk-Bakı aviareysi üzrə uçuşlar həftədə 5 dəfə yerinə yetirilir.