:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

Font

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 obyekt daha çoxdur.

Bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanı məlumat verir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları oktyabr ayında Türkiyədə 125 daşınmaz əmlak əldə edib.

Oktyabr ayında Türkiyədə 142,8 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin oktyabrı ilə müqayisədə 15,4 faiz azdır.

Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 4,272 min daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin oktyabrı ilə müqayisədə 31,9 faiz azdır.