:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstanda avtobus aşıb, 15 nəfər yaralanıb

Font

Gürcüstanda 15 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qəza Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Acarıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.(apa)