:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "Demokratlar seçkilərdə qalib gələrsə, heç bir zaman görmədiyiniz depressiya ilə üzləşəcəksiniz"

Font

ABŞ prezidenti Donald Tramp demokratları "totalitarizm”də günahlandırıb və 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə iqtisadi gərginliyin qaçılmaz olacağını deyib.

"TASS” agentliyi xəbər verir ki, o bu sözləri Luizianada tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.

"Amerikanı dəyişdirmək istədikləri zaman demokratlar daha çox totalitar vəziyyətə düşürlər: narazıları sıxışdırırlar, günahsız insanlara böhtan atırlar, qanun normalarını məhv edirlər, nümayiş proseslərinə zəmin yaradırlar və sosialist gündəliyinə zərbə vurmaq üçün Amerika demokratiyasını devirməyə çalışırlar. Dəqiq olaraq deyirəm: demokratlar qayıtsa, deməli, siz heç bir zaman görmədiyiniz depressiyaya düşəcəksiniz”, - deyə ABŞ lideri bildirib.

O öz çıxışında, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini, yayda demokratların vahid namizədinin təyin olunacağını və noyabrda seçkilərin olacağını da əlavə edib.