:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir müavini: Tibb müəssisələrinin 60 faizə yaxını publik hüquqi şəxs olub

Font

Gələn ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sistemə keçiləcək. Bununla əlaqədar hazırda tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür.

Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, artıq Bakı və regionlar da daxil olmaqla, tibb müəssisələrinin 60 faizə yaxını publik hüquqi şəxs statusunu əldə edib.

Nazir müavini hazırda bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

E.Ağayev onu da əlavə edib ki, Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində işlər aparılır.

"Ötən illər ərzində qızılcaya yoluxma sayı bir qədər artmışdı. Hazırda Səhiyyə Naziliyi tərəfindən yoluxma hallarının qarşısının alınması üçün lazımi addımlar atılır. Vaxtilə Azərbaycanda malyariya pik nöqtədə olsa da ona yoluxmanın qarşısı alındı. Artıq Azərbaycanda bu xəstəlik yoxdur".