:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və İtaliyanın Azərbaycan üçün mühüm iqtisadi tərəfdaş ölkələrdi

Font

2019-cu ilin 5 noyabr tarixində Moskva şəhərində İtaliyanın Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə İtaliya şirkətləri üçün nəzərdə tutulan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilmişdir. Forumda 200-dən çox italiyalı şirkət iştirak etmişdir.  

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu çıxış etmişdir. Çıxışda xüsusi olaraq Rusiya və İtaliyanın Azərbaycan üçün mühüm iqtisadi tərəfdaş ölkələr olduqları qeyd edilmişdir. 

İtaliya ilə ikitərəfli əlaqələrə gəldikdə, bu ölkənin iş adamlarına məlumat verilmişdir ki, son 20 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına şərait yaratmışdır. Əməkdaşlığın əsasən enerji sahəsində inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılaraq, meyvə, tərəvəz, digər ərzaq məhsullarının birgə istehsalı və ticarəti üzrə də yeni layihələrin həyata keçirilməsi təklif edilmişdir. Eyni zamanda, turizmin inkişafının Azərbaycan üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, bu sahədə yeni biznes layihələrin prioritet olduğu iş adamlarının diqqətinə çatdırılmışdır. Azərbaycan Hava Yolları tərəfindən Bakı-Milan arasında birbaşa avia uçuşların həyata keçirildiyi vurğulanaraq, İtaliya şirkətləri tərəfindən də Bakı və Roma arasında birbaşa uçuşlara başlanması təklif edilmişdir. Səfir Polad Bülbüloğlu biznes imkanlarının daha dərindən öyrənilməsi, habelə istirahət və gəzinti üçün İtaliya iş adamlarını Azərbaycana dəvət etmişdir. 

Tədbirdə eyni zamanda İtaliyanın Rusiya Federasiyasındakı Səfiri Paskualle Tarraççano, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə Səfiri Oljas İsabekov və Özbəkistanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şoxrux Qulamov çıxış etmişdirlər. 

Çıxışlardan sonra keçirilmiş panel müzakirələrin Azərbaycan üzrə hissəsində ölkəmizdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri həmkarlarına təcrübələri haqqında söhbət açmış, Azərbaycanda biznes üçün cəlbedici mühitin yaradıldığını vurğulamışdırlar. Panel diskussiyalarda əsasən enerji və konsaltinq sahəsində ixtisaslaşan şirkətlər çıxış etmişdir. Bununla yanaşı Azərbaycan diskussiyada xüsusi diqqəti cəlb edən İtaliyanın şərabçılıq və dequstasiya sahəsində ixtisaslaşan tanınmış "Di Vine Consultinq” şirkətinin rəhbəri Andrea Ulivanın çıxışı olmuşdur. Belə ki, son on il ərzində Azərbaycanda şərabçılığın inkişafı sahəsində fəaliyyət göstərdiyini, Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirən ekspert, şərabçılıq sahəsində ölkədə son illərdə inanılmaz inkişafın baş verdiyini diqqətə çatdırmışdır. İtaliyalı iş adamlarını bu sahədə yeni biznes layihələrə dəvət edən Uliva, Azərbaycanın ləziz şərablar istehsal etdiyini bildirmişdir. Xüsusi vurğulanmışdır ki, şərabçılığın inkişafına diqqət verən ölkə rəhbərliyi tez-tez üzüm plantasiyalarına baş çəkir və dinamikanı yerində izləməyə maraq göstərir.

İtaliya səfirliyinin dəstəyi ilə keçirilmiş forum nüfuzlu xarici investorların Azərbaycana marağını bir daha təsdiqləmişdir. Eyni zamanda seçilmiş format ölkəyə yeni texnologiyalar və sərmayələrin cəlb edilməsi baxımından effektivliyini göstərmişdir. Səfirlik tərəfindən Rusiyada fəaliyyət göstərən xarici iş adamlarının Azərbaycana cəlb edilməsi istiqamətində iş davam etdiriləcəkdir.