:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib

Font

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gedişhaqlarının artırılacaqğı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya açıqlamasında bildirib ki, ötən gün "Xəzər TV”də yayımlanan "Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirib: "Yəni, bu, sadəcə fikir olaraq söylənilib, ortada heç nə yoxdur. Bir gün bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA tərəfindən yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir”.

Efirdə səslənən fikirlərin izahına gəlincə, M. Ağayev bildirib ki, məsələn, Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır: "Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.