:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

77 yaşlı deputat danışdı, heç kim nə demək istədiyini başa düşə bilmədi - Video

Font

Parlamentin 77 yaşlı deputatı, professor Xanhüseyn Kazımlının bir çıxışı sosial mediada trend olub.

2019-cu ilin büdcə müzakirəsi aparılan zaman Milli Məclisin deputatı Xanhüseyn Kazımlının etdiyi çıxış sosial şəbəkədə müzakirələrə səbəb olub. 77 yaşlı deputatın cümlə qurmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb.

İqtisadçı ekspert Natiq Cəfərli Xanhüseyn Kazımlının çıxışının şərh etməyin mümkünsüz olduğu bildirib: "Deyiblər danış, o da danışıb, amma nə danışıb bilinmir".

İqtisadçı ekspert Nemət Əliyev deyib ki, Xanhüseyn Kazımlı danışmaq üzrə rekord qırıb: "Onu tribunalardan danışmaq üçün təyin eləyiblər. Dinləyin və özünüz qiymət verin! Bu adamı dinləyən hansı bir kəs Azərbaycan Parlamentinə, lap elə bu ölkəyə hörmət qoyar? Daha nə qədər rüsvay olunmalı, nə qədər dözməliyik? Ümumiyyətlə, belə rəzalətə dözməliyikmi?"

Deputat Xanhüseyn Kazımlının çıxışını təqdim edirik: