:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fədayə Laçın azadlığa buraxılıb: "Evimdəyəm" - AÇIQLAMA

Font

Bakıda məhbusların qaçmasına görə həbs edilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Bu barədə APA-ya müğənni özü bildirib. O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib.

Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.