:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Qəbələdə bir sıra müəssələrin açılışında iştirak edib

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

Dövlət başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib.

Bildirilb ki, "AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik "Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada "Red Naomi”, "Avalanj”, "Talea”, "Aqua”, "Sweet Avalanj”, "Jumilia”, "Wow” və "London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara "Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq "Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı "Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq "Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

Həmin gün "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının da açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

Oktyabrın 28-də həmçinin Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.