:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İranlı həkim döyülüb-Bakıda

Font

Bakıda iranlı həkimin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.

Bu barədə APA-ya danışanBehnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: "Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədənməni binadan çıxarması səbəboldu. Mən icarəpulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.

 *****

Bakıda iranlı həkim döyülüb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi "Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Araşdırma aparılır.(apa)