:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq

Font

Gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

Gələn il siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği də müəyyənləşib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, siyasi partiyalara 3 milyon manat maliyyə yardımı verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.