:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gələn il parlament seçkilərinin keçirilməsi üçün ayrılacaq vəsait müəyyənləşib

Font

Azərbaycanda gələn il Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.