:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Hillari Klintonu dəli adlandırıb

Font

Bazar günü ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Hillari Klintonu dəli adlandırıb və eyni zamanda rusları sevdiyini deyib.

"İnterfax” qeyd edir ki, bu barədə Tramp tvitter hesabında yazıb.

O bildirib ki, Klinton konqresmen Tulsi Qabbardı Rusiyanın sevimlisi və Jill Steyni isə "Rus agenti” adlandırır: "Mənim də Rusiyada böyük bir sevgi ilə qarşılandığımı eşitmiş ola bilərsiniz. Əslində mən rusları sevirəm. Mən bütün insanları sevirəm! Hillari dəlidir”. 

Qeyd edək ki, T.Qabbard ABŞ Nümayəndələr Palatasının üzvüdür. J.Steyin isə 2012 və 2016-cı illərdə Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizədliyini vermişdi.