:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Stoltenberq: “Heç bir NATO üzvü Yaxın Şərqdə Türkiyə qədər hücuma məruz qalmayıb”

Font

"Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşümdə Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı narahatlığımı ifadə etdim”.

Bunu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberq M. Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Suriyanın şimalı ilə bağlı NATO-nun müttəfiqləri arasında fikir birliyi yoxdur.

"Türkiyə bizim güclü müttəfiqimizdir. Türkiyə Qara dənizdən Aralıq dənizinə qədər NATO-nun təhlükəsizliyini qoruyur. Bizim ortaq bir düşmənimiz var. O da İŞİD-dir. İŞİD-çilərin qaçmaması çox vacibdir”, - deyə NATO baş katibi vurğulayıb.

O qeyd edib ki, Türkiyə çox çətin bir bölgənin sərhədlərində yerləşir: "Türkiyə qədər heç bir NATO üzvü Yaxın Şərqdə hücuma, şiddətə məruz qalmayıb. Türkiyə suriyalı qaçqınlara qapılarını açıb”.