:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cavid Qurbanov: "Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq”

Font

"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq".

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: "Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".

Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.