:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Komissiyası: Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə Azərbaycana 2 milyard avrodan çox investisiya yatırılacaq

Font

"Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.

Bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.

O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.

"Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, - deyə V. Maraqos bildirib.