:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb

Font

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi "Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

"Haber7” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.

Qeyd edək ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.