:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Orta aylıq gəliri yaşayış minimumundan az olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Font

Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəliri yaşayış minimumunun məbləğindən az olan şəxslərin övladlığa uşaq götürməsi qadağan edilir.

Bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.8-ci bənd əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqların övladlığa götürmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının iki mislindən) az olan şəxslər (ögey ata, ögey ana), yaxın qohumlar (nənə-baba, bacı-qardaş, valideynlərin bacıları, onların övladları istisna olmaqla) övladlığa uşaq götürə bilməzlər.

Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Övladlığa götürülmüş uşaqların sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq

Azərbaycanda övladlığa götürülən uşaqların əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq.

APA-nın məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə "Övladlığa götürmədən sonra monitorinq” adlı yeni 119-1-ci maddə əlavə edilməsi təklif olunur.

Təklif edilən yeni maddənin 119-1.1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparacaq.

Məcəlləyə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.