:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ İŞİD-in “Bitlz” qrupundan olan iki cəlladı Suriyadan çıxarıb

Font

"ABŞ kürdlərin və ya Türkiyənin vəziyyətə nəzarəti itirəcəyindən ehtiyat edərək, "Bitlz” kimi tanınan, Suriyada baş kəsmələrdə əlaqəli olan iki İŞİD döyüşçüsünü artıq Suriyadan çıxarıb və ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparıb”.

Bunu ABŞ Prezidenti Donald Tramp "Twitter”də yazıb.

"Onlar pislərdən də pisdir”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ötən il YPG Alexanda Amon Kotey və El Shafee Elsheikh adlı ingilis döyüşçülərini ələ keçirib. "Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu iki şəxs Suriyada əsirlərə işgəncələr vermək, edam etməklə tanınıblar. Bu iki nəfər işgəncələrə məruz qalan şəxslər tərəfindən "Bitlz” olaraq adlandırılıb. "Bitlz” 4 nəfərdən ibarət olub.