:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şamaxı ağsaqqalı Məzi Şikarov : “Qarabağ Azərbaycanındır və Nida” sitatı ölkəmizə qarşı ikili standartlarla yanaşanların üzünə çırpılan şillə oldu

Font

Azərbaycan beynəlxalq müstəvidə güclü, öz sözünü deyən dövlətdir. Cənab Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında "Qarabağ Azərbaycanındır və Nida” sitatı bu fikri bir daha Azərbaycan tərəfinin heç bir zaman öz torpaqlarının işğalı ilə barışmayacağını təsdiqləmiş oldu. Dövlət başçısının çıxışında Qarabağın əzəli Azərbaycan torpağı olması çox açıq və dəqiq formada ifadə olundu. Bu çıxış Azərbaycan xalqı ilə yanaşı bütün dünya azərbaycanlılarının ürəyincə oldu, ona görə də cənab İlham Əliyevin mövqeyi böyük rəğbətlə qarşılandı. Ölkə başçısının bu sitatı ölkəmizə qarşı ikili standartlarla yanaşanların üzünə çırpılan şillə kimi oldu.
Erməni tərəfi nə qədər hiyləgərlik etsə də, öz daxili xislətlərinin mahiyyətini gizlətməyə çalışsalar da, məqsədlərinə çata bilməyəcəklər. Bu gün Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyində heç bir dəyişiklik yoxdur. Torpaqlarımız işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalı, regionda sülh və sabitlik bərqərar edilməlidir. Çünki onların qarşısında İlham Əliyev kimi Azərbaycanın güclü, qətiyyətli lideri dayanıb.
Azərbaycanın heç kimin torpağında gözü olmayıb. Hər zaman çalışmışıq ki, qonşu dövlətlərlə mehriban, sülh şəraitində yaşayaq, əməkdaşlıq edək. Təəssüf ki, Ermənistanın terrorist rejimi torpaqlarımızın 20 faizini işğal edərək regiona sülh deyil, müharibə gətirib. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Bütün dünya bunu bilir. BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal edilib. Rəsmi sənədlərdə, həmçinin vurğulanır ki, Ermənistan bu işğala son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Cənab Prezidentimizin də hər zaman qeyd etdiyi kimi, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.