:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün vaxtı bilinib

Font

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.

Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.