:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin: "Rusiya-ABŞ münasibətlərdə hələlik heç bir irəliləyiş yoxdur"

Font

Rusiya ABŞ-a münasibətdə heç bir destruktiv addım atmayıb.

TASS verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya energetika həftəsinin plenar sessiyasında bildirib.

Putin deyib ki, bununla bağlı hər hansı başqa düşüncə nəyəsə əsaslanmalı, bununla bağlı sübutlar olmalıdır.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında münasibətlərdə hələlik heç bir irəliləyiş yoxdur, lakin Moskva ümid edir ki, gec-tez bu məsələdə Vaşinqtonda sağlam düşüncə hakim olacaq.

"Biz o fikirdən çıxış edir və bunu xüsusilə vurğulamaq istəyirik ki, sağlam düşüncə və əsas maraqlar Rusiya və ABŞ arasında münasibətlərdə həlledici rol oynayacaq və bu münasibətlər öz normal vəziyyətinə qayıdacaq. Lakin hələlik bu yoxdur”, - deyə Putin bildirib.