:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmi 28% azalıb

Font

Bu ilin avqust ayında Azərbaycanda POS-terminallar vasitəsilə 34 mln. manat həcmində 643 min əməliyyat aparılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 6 mln. manat və ya 21,4%, əməliyyatların sayı isə 12,2% artıb.

Cari ilin yanvar ayı ilə müqayisədə avqustda əməliyyatların sayı 23,4%, həcmi isə 4 mln. manat və ya 13,3% artıb. Ötən ilin avqust ayına nisbətən bu ilin avqustunda əməliyyatların həcmi 5 mln. manat və ya 12,8% azalıb, sayı isə 79,6% artıb.

Bu ilin yanvar-avqust aylarında ölkə daxilində POS-terminallar vasitəsilə 219 mln. manatlıq 3,901 mln. əməliyyat həyata keçirilib. Son bir ildə əməliyyatların həcmi 86 mln. manat və ya 28,2% azalıb, sayı isə 67% artıb.