:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 6% azalıb

Font

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 491,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,9 mln. manat və ya 0,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, son bir ayda problemli kreditlərin cüzi artmasına baxmayaraq, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 93,7 mln. manat və ya 6%, son bir ildə isə 281,1 mln. manat və ya 15,9% azalıb.