:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zakir Qaralov: “Fuad Qəhrəmanlı ilə bağlı müraciətə baxılır"

Font

"AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində QHT-lərin müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir".

Bu barədə Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət ediblər: "Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq".

Z.Qaralov deyib ki, bu gün özünü müxalifət adlandıran vətəndaşların hüquqların müdafiəsi üzrə özlərinə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar: "Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlarda vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər".