:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "ABŞ ən yeni hərbi avadanlıqlara malikdir və bu barədə hələ heç kim eşitməyib"

Font

"ABŞ-ın Silahlı Qüvvələri daha güclüdür və hər zaman daha da güclü olacaq. Ən yeni hərbi avadanlıqlarımız var. Nüvə qüvvələrimiz tamamilə modernləşdirildi”.

TASS xəbər verir ki, Tramp bu fikirləri ABŞ-ın Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri Cozef Danfordu Mark Millinin əvəzləməsi münasibətliə təşkil edilmiş tədbirdə deyib.

O, əlavə edib ki, ABŞ ən yeni hərbi avadanlıqlara malikdir: " Bizdə ən yeni hərbi avadanlıqlar var. Onlar haqqında hələ heç kim eşitməyib və bu sirr olaraq qalır”.