:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şennak: “Azərbaycana noyabrın sonunda səfər etməyi planlaşdırırıq”

Font

"Azərbaycana növbəti səfəri noyabrın sonuna planlaşdırırıq”.

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak APA-nın Avropa bürosuna açıqlamasında deyib: "Səfərin tarixi dəqiq olmasa da, noyabrın sonu Azərbayacana səfər etməyə çalışacağıq”.

O, digər həmməruzəçi, britaniyalı Roger Geylin Azərbaycana səfər edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: "Hazırda Britaniya parlamentində çətin günlər yaşanır. Bu səbəbdən onun Azərbaycana səfər edib-etməyəcəyi barədə dəqiq heç nə deyə bilmərik. Ancaq ümid edirəm ki, növbəti səfərdə o da mənimlə birgə olacaq”.