:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Gürcüstan və Rusiya XİN başçıları görüşə bilərlər

Font

Gürcüstanın və Rusiyanın xarici işlər nazirləri - David Zalkaliani və Sergey Lavrov arasında görüş keçirilə bilər.

Bunu yerli mətbuat yazıb.

Məlumatlara əsasən, görüş İsveçrə tərəfinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində baş tutacaq.

D.Zalkaliani sessiya çərçivəsində isveçrəli həmkarı İqnasio Kassis ilə görüşüb. Görüşdə İsveçrənin Rusiya və Gürcüstan arasında mediator kimi sülh və sabitliyin təmin olunması üçün bütün səylərini səfərbər etməyə hazır olduğu bildirilib.