:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pompeo dünya ölkələrini İranın siyasətini qınamağa çağırıb

Font

ABŞ dövlət katibi Maykl Pompeo dünya ölkələrini İranın Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlarını qınamaq üçün çağırış edib.

Bu barədə o, "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, dünya işlərini gücləndirməyə imkan yaradacaq, eləcə də diplomatiyanın inkişafına xidmət edəcək.

M.Pompeo dövlətlərə çağırışdan başqa, Səudiyyə Ərəbistanına qarşı müharibə aktının məsuliyyətini İranın üzərinə qoyduğuna görə Böyük Britaniya, Fransa və Almaniyaya minnətdarlığını bildirib.