:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Messi altıncı dəfə ilin ən yaxşı futbolçusu seçilib

Font

FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Mükafatın sahibi İtaliyanın Milan şəhərində təşkil olunan tədbirdə elan olunub.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Lionel Messi (Argentina, "Barselona”) olub. O, Vircil van Deyk (Hollandiya, "Liverpul”) və Kriştianu Ronaldonu (Portuqaliya, "Yuventus”) qabaqlayıb.

Namizədlərdən biri Kriştianu Ronaldo tədbirə qatılmayıb.

Bu mükafatı 6-cı dəfə qazanan L.Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. K.Ronaldo 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.

Qeyd edək ki, ən yaxşı qadın futbolçu adına Meqan Rapinoe (ABŞ, "Reyg”) sahib çıxıb. O, Lusi Bronz (İngiltərə, "Lion”) və Aleks Morqanı (ABŞ, "Orlando Prayd”) arxada qoyub.


FİFA 2019-cu ilin ən yaxşı ilin qapıçısının adını açıqlayıb.

Bu mükafata Allison Bekker (Braziliya, "Liverpul”) layiq görülüb. O, digər namizədlər Ederson (Braziliya, "Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, "Barselona”) arxada qoyub.

Mərasimdə həmçinin bir sıra digər mükafatlar da sahiblərini tapıb.

FİFA-nın ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.

Ən yaxşı qadın qapıçı mükafatına Sari van Vinendal yiyələnib. O, 2018-ci ilin yayında "Arsenal”dan "Atletiko”ya keçən Hollandiya yığmasının qapıçısıdır.

FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Mükafatın sahibi İtaliyanın Milan şəhərindəki "La Skala” teatrında təşkil olunan tədbirdə elan olunub.

Bu ada "Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, "Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və "Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub.

Qeyd edək ki, ən yaxşı çalışdırıcı milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.