:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır

Font

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır.

Bununla bağlı "Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklifə əsasən, qanuna "Keçid müddəaları” adlı yeni 32-ci maddə əlavə olunacaq. Bu maddəyə görə, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Sənəd bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.