:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Senator: “Pompeonun etirafı ABŞ-ın silah bazarında nüfuzunu aşağı salıb”

Font

"Səudiyyə Ərəbistanı Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq barədə düşünməlidir”.

Bunu Rusiya Federasiya Şurasının üzvü, senator Frants Klintseviç deyib.

O bildirib ki, əgər Səudiyyə Ərəbistanında Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri olsaydı, həmin sistemlər ölkənin neft obyektlərinə raket zərbələrinin endirilməsinin qarşısını alardı.

"S-300 və S-400 zenit raket kompleksləri pilotsuz uçuş aparatlarını (PUA) hədəfə çatmağa qoymazdı. Səudiyyə Ərəbistanında bu haqda fikirləşməlidirlər”, - deyə o vurğulayıb.

Rusiyalı senator ABŞ dövlət katibi Mayk Pompeonun "Patriot” hava hücumundan müdafiə sistemləri haqda dediklərinə də münasibət bildirib. O qeyd edib ki, M. Pompeonun etirafı ABŞ-ın silah bazarında nüfuzunu aşağı salıb.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində "Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb. ABŞ dövlət katibi Mayk Pompeo "Patriot” hava hücumundan müdafiə sisteminin Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücumun qarşısını ala bilmədiyini etiraf edib.