:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı 22% artıb

Font

Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 mənzil alıb.

Bu, ötən ilin avqust ayı ilə müqayisədə 8 mənzil və yaxud 8,3% azdır.

Bununla belə, bu ilin yanvar-avqust aylarında azərbaycanlılar qonşu ölkədə 711 mənzilə sahib olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 138 mənzil və yaxud 22% çoxdur.

Ümumilikdə avqustda Türkiyədə xarici vətəndaşlara 3 641 mənzil satılıb ki, bu da illik müqayisədə 253 mənzil və yaxud 6,5% azdır.

Yanvar-avqustda isə Türkiyədə xarici vətəndaşların mülkiyyətinə 28 051 mənzil keçib ki, bu da illik müqayisədə 9 328 mənzil və yaxud 49,8% çoxdur.

Türkiyədə ən çox mənzili İraq vətəndaşları alıb - ötən ay 675, 8 ayda 4 746 mənzil. İran vətəndaşları avqustda 469, yanvar-avqustda 3 135, Rusiya vətəndaşları isə ötən ay 212, bu ilin 8 ayında isə 1 691 mənzil əldə edib.