:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əbülfəs Qarayev: "Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur"

Font

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edib.

Ə. Qarayev ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində bir sıra layihələrin gerçəkləşdiyini qeyd edib: "Mən sevinirəm ki, musiqi məktəbləri təmir edilir, onlara yeni inventar, musiqi alətləri alınır. Bu baxımdan 33 saylı musiqi məktəbi istisna deyil. Burada 80-dən çox müəllim çalışır. İnanıram ki, Nizami rayonunun mərkəzində yerləşən məktəb musiqiyə meylli gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına təkan verəcək".