:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

Font

Bakıda "Bakcell” Müştəri Xidmətlərinin ofisində müştəri döyülüb.

Hadisə "Bakcell”in Nəsimi rayonu ərazisində yerləşən ofisində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Kamil Hüseynov rayonun Asif Məhərrəmov küçəsi 68 ünvanında yerləşən "Bakcell” Müştəri Xidmətlərinin ofisinə müraciət edib. K.Hüseynov ofisdə həmin şirkətin əməkdaşları ilə mübahisə edib. Nəticədə o, "Bakcell”in əməkdaşları - Elçin və Tural adlı şəxslər tərəfindən döyülüb.

K.Hüseynov bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.

Faktla bağlı Nəsimi RPİ əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

"Bakcell” şirkətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, şirkətin Müştəri Xidmətləri ofisində baş verən kiçik insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır: "Həmin araşdırmaların nəticələri əsasında insidentin iştirakçılarının əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək”.