:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

Font

2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 112 faiz çoxdur.

Bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, artım qeyri-neft sektorunun hesabına qeydə alınıb:

"Eyni zamanda bu göstərici Azərbaycanda biznesin leqallaşmasına yönəlmiş islahatların nəticəsi olub”.

O qeyd edib ki, kölgə iqtisadiyyatı təkcə vergidən yayınmağa deyil, həm də ədalətsiz rəqabət və leqal biznesin sıxışdırılmasına gətirib çıxarır.