:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya XİN: Nüvə müharibəsinin başlanma riski var

Font

"Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir, nüvə müharibəsinin başlanma riski var”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Ali İqtisad Məktəbində çıxışı zamanı deyib.

"Təəssüf ki, bu danılmaz faktdır. Nüvə müharibəsinin başlanma riski var, hətta tərəflərin nüvə münaqişəsinə başlamaq niyyəti olmadığı vəziyyətdə də belə bir risk mövcuddur. Qərbdə olan həmkarlarımızın fəaliyyəti vaxt ötdükcə daha aqressiv olmağa başlayır”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

O, qərbli tərəfdaşların dialoq kanallarının işini blok etdiklərini və silahlanma üzərində nəzarətin bünövrəsini silkələdiklərini vurğulayıb.