:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şahin Mustafayev: “Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını 2 dəfə artıra bilər”

Font

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatının potensialı baxımından və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur.

O bildirib ki, ötən il Azərbaycan meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib: "Biz düşünürük ki, bu gün bu rəqəmi ən azı iki dəfə artırmağa imkan var. Yəni, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var”.

Nazir qeyd edib ki, Yekaterinburqda logistik mərkəzin yaradılması bu rəqəmlərin reallaşdırılması istiqamətində yaradılan bir layihə olacaq.