:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Polad Bülbüloğlu İsveçin Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb

Font

Sentyabrın 10-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İsveçin Rusiyaya yeni təyin olunmuş səfiri xanım Malena Mardı qəbul edib.

Səfirlikdən verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, iki ölkənin mövcud potensialından tam şəkildə istifadə olunmasının vacibliyi vurğulanıb.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib.
Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.
Bundan əlavə o qeyd edib ki , Azərbaycanın üzləşdiyi problem bilavasitə separatçılıqla bağlıdır. Diplomat Avropanın bir sıra ölkələrinin də qarşılaşdığı bu kimi təhdidlərdən heç bir dövlətin sığortalanmadığını və belə çağırışlarla mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib.
Səfir Ermənistanın hazırkı rəhbərliyinin separatçılığı təşviq edən, sülh prosesinə xələl gətirən, ölkəsinin Azərbaycana qarşı 30 ildən artıq apardığı işğalçı siyasətinə və ərazi iddiasına bəraət qazandıran bəyanatlarla çıxış etməsi və dünya birliyi tərəfindən bu cür təxribat xarakterli addımlara hüquqi qiymətin verilməməsinin beynəlxalq səviyyədə cəzasızlığın baş qaldırmasına təkan verdiyini vurğulayıb.
Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.