:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Alibaba"nın rəhbəri istefa verib

Font

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma (Jack Ma) Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

Xarici mətbuat verdiyi məlumata görə, Cek Manın yerini şirkətin icraçı direktoru Daniel Çjanq (Daniel Zhang) tutub.

Cek Ma vəzifəsini tərk etməklə bağlı planlarını ötən ilin sentyabrın 10-da açıqlamışdı.