:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək

Font

Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək.

"RİA Novosti" verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in Asiya regionu üzrə departamentin rəhbəri, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.

"Proses hələ başa çatmayıb. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu gün Talibanla razılaşacaq. Razılaşmadan sonra o, Kabilə səfər edəcək və razılaşmanı Əfqanıstan hökumətinə təqdim edəcək. Bundan sonra rəsmi imzalanma mərasiminin tarixi müəyyən ediləcək”, - deyə rusiyalı diplomat bildirib.

Z.Kabulov bu mərasimdə Rusiyanı təmsil edəcəyini qeyd edib.

O, müqavilənin nə zaman imzalanacağının dəqiq tarixini bilmədiyini bildirib: "Dəqiq təsdiqləmələri gözləyirik. Amerikanın xüsusi nümayəndəsi bütün təsdiqləmələrdən sonra mənimlə əlaqə quracağı barədə biz razılaşmışıq".

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, o prosesin bütün təfərrüatlarına malik deyil.

Qeyd edək ki, ABŞ nümayəndəsi Z. Xəlilzad daha əvvəl bildirib ki, ABŞ-ın Talibanla bağladığı saziş Əfqanıstanda sülhün bərqərar edilməsinə yönəlib və ABŞ qoşunlarının Əfqanıstandan geri çağrılması bu ölkədəki vəziyyətdən asılı olacaq.