:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukrayna Ali Radasına yeni sədr seçilib

Font

Ukrayna Ali Radasına yeni sədr seçilib.

"Ukrinform" verdiyi xəbərə görə, 382 deputatın dəstəklədiyi Vladimir Zelenskinin təsis etdiyi "Xalqın Xidmətçisi" Partiyasının sədri Dmitri Razumkov bu posta seçilib.

Dmitri Razumkov 1983-cü il oktyabrın 8-də Jitomir vilayətinin Berdiçiv şəhərində anadan olub. Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun "Beynəlxalq iqtisadi münasibətlər" və Dövlət Vergi Xidməti Universitetinin "Hüquq" ixtisası üzrə bitirib.

"Politconsulting Group"-un direktoru kimi çalışan D.Razumkov ticarət və dövlət sektorlarında, eləcə də siyasi partiyalarda çalışıb. 2006-cı ildən seçki kampaniyalarında işləyib.

2019-cu il prezident seçkilərində o, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin seçki qərargahının spikeri kimi çalışıb.