:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib

Font

"TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.