:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda əməliyyat: narkotik tərkibli dərmanları satan şəxs saxlanılıb

Font

Bakının Binəqədi rayonunda narkotik tərkibli dərmanlar satan şəxs saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı 1985-ci il təvəllüdlü paytaxt sakini İsayev Ceyhun Fikrət oğlu Biləcəri qəsəbəsində DSK yolu kimi tanınan ərazidə saxlanılıb. Onun üzərində olan çantaya baxış keçirilən zaman ayrı-ayrı bükümlərdə çəkisi 1 kiloqramdan çox olan metamfetamin və ekstazi aşkar edilib. C.İsayev aşkar edilən narkotik vasitələri Baksol yolunda tanımadığı İran vətəndaşından aldığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 234.4-3-cü maddəsi ilə cinayət işi başlanılıb.