:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Diqlas”ın söküntüsü başa çatıb

Font

"Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nümayəndəsi Seymur Kərimov məlumat verib. O bildirib ki, söküntü işləri artıq yekunlaşıb və tikinti qalıqlarından təmizlənmiş ərazi avqustun 30-u adiyyatı orqanlara təhvil veriləcək.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.